M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Vahid əzizov adına 30 saylı məktəbdə “Beynəlxalq Ana dili günü” ilə əlaqədar tədbir keçirilib. Bu barədə məlumatı Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi yayıb.
Məlumatda bildirilir ki, tədbirdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun rəhbəri Günel Vahabzadə, 30 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Qeyd edək ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Bu əlamətdatr gün UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib.
M.ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova və Vahid əzizov adına 30 saylı məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini Aygün Məmmədxanova çıxışlarında da bildiriblər ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.
Tədbirdə ibtidai sinif şagirdlərinin ifasında Ana dili ilə əlaqədar şeirlər, mahnılar və müxtəlif səhnəciklər nümayiş olunub.
Məruzəçilərin sözlərinə görə, Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.
Belediyye.info
|
|
|
|
|
|